QR CodeQR Code

Rusiya Pompeonun Qolan Yüksəkliklərinə səfərini təxribat adlandırdı

IslamTimes , 26 Nov 2020 00:49

İslamTimes: Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi ABŞ dövlət katibinin Qolan Yüksəkliklərini ziyarətinə münasibət bildirib.


Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzia bildirib ki, Rusiya ABŞ Dövlət Katibi Mayk Pompeonun Qolan Təpələrinə səfərini "təhrik edici" addım kimi dəyərləndirir.

Nebenzia deyib: "Biz daim Suriyanın birliyinin qorunmasının, suverenliyinin və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarı olmuşuq. Rusiya ölkələri parçalamaq və münaqişələri uzatmağa qarşıdır!"

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi əlavə edib: "Rusiya hökuməti Suriyanın həm şərq, həm qərb həm də Qolan Yüksəklikləri adlanan ərazilərinə hörmətlə yanaşılmasını istəyir. ABŞ-ın yüksək səviyyəli bir məmurunun işğal olunmuş Qolan Yüksəkliklərinə səfər etməsi bir təxribat kimi qiymətləndirilir!"


Story Code: 899998

News Link :
https://www.islamtimes.org/az/news/899998/rusiya-pompeonun-qolan-yüksəkliklərinə-səfərini-təxribat-adlandırdı

Islam Times
  https://www.islamtimes.org