0
Thursday 26 November 2020 - 00:49

Rusiya Pompeonun Qolan Yüksəkliklərinə səfərini təxribat adlandırdı

Story Code : 899998
Rusiya Pompeonun Qolan Yüksəkliklərinə səfərini təxribat adlandırdı
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzia bildirib ki, Rusiya ABŞ Dövlət Katibi Mayk Pompeonun Qolan Təpələrinə səfərini "təhrik edici" addım kimi dəyərləndirir.

Nebenzia deyib: "Biz daim Suriyanın birliyinin qorunmasının, suverenliyinin və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarı olmuşuq. Rusiya ölkələri parçalamaq və münaqişələri uzatmağa qarşıdır!"

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi əlavə edib: "Rusiya hökuməti Suriyanın həm şərq, həm qərb həm də Qolan Yüksəklikləri adlanan ərazilərinə hörmətlə yanaşılmasını istəyir. ABŞ-ın yüksək səviyyəli bir məmurunun işğal olunmuş Qolan Yüksəkliklərinə səfər etməsi bir təxribat kimi qiymətləndirilir!"
Source : IslamTimes