0
Thursday 26 November 2020 - 10:26

Ermənipərəst Fransa hakimiyyəti özünü təmizə çıxarmağa çalışır

Story Code : 900052
Ermənipərəst Fransa hakimiyyəti özünü təmizə çıxarmağa çalışır
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Fransa Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jean-Baptiste Lemoine bildirib.

Diplomatın sözlərinə görə, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: “Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin (ATƏT-in Minsk Qrupunun - Fransa, Rusiya, ABŞ) dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar”.

Lemoine əlavə edib ki, Ermənistan da daxil olmaqla dünya birliyi, Dağlıq Qarabağın "müstəqilliyini" tanımayıb.

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.