QR CodeQR Code

Azərbaycanın xarici işlər naziri iranlı həmkarına təşəkkür edib

26 Nov 2020 10:50

İslamTimes: Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə videkonfrans formatında görüşüb və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə, qarşı tərəfə təşəkkür edib.


SalamNews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi tvitter səhifəsində yazıb.

Ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə videokonfrans formatında görüşdüyünü bildirən XİN rəhbəri açıqlayıb ki, görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

“Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə qarşı tərəfə təşəkkür ifadə olunub”, deyə Ceyhun Bayramov qeyd edib.


Story Code: 900053

News Link :
https://www.islamtimes.org/az/news/900053/azərbaycanın-xarici-işlər-naziri-iranlı-həmkarına-təşəkkür-edib

Islam Times
  https://www.islamtimes.org