QR CodeQR Code

Səudiyyə Ərəbistanı sahilində bir neft tankeri partlayışa məruz qalıb

26 Nov 2020 10:39

İslamTimes: Səudiyyə Ərəbistanın Qırmızı dəniz sahilində yerləşən əş-Şəqiq limanı yaxınlığında bir neft tanker minaya düşüb.


"SalamNews" Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, Malta bayrağı altında üzən Yunanıstan neft tankeri ötən gün əş-Şəqiq limanı yaxınlığında minaya düşüb.

Gəmi xəsarət alıb.

Səudiyyə Ərəbistanı rəsmi mənbələri bu insidentə görə Yəmən husilərini və İranı ittihamlandırıblar.

Qeyd edək ki, mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu və Xalq Komitələri” (husilər) Səudiyyə Ərəbistanın hava zərbələrinə və ölkəni mühasirədə saxlamasına cavab olaraq Aramco şirkətinin Ciddə şəhərində olan bir neft zavodunu ballistik raketlə vurmuşdular.


Story Code: 900070

News Link :
https://www.islamtimes.org/az/news/900070/səudiyyə-ərəbistanı-sahilində-bir-neft-tankeri-partlayışa-məruz-qalıb

Islam Times
  https://www.islamtimes.org