0
Thursday 26 November 2020 - 10:45

İranda koronavirus peyvəndinin insanlarda sınağı başlayacaq

Story Code : 900072
İranda koronavirus peyvəndinin insanlarda sınağı başlayacaq
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

“Hazırda dörd şirkət koronavirus əleyhinə peyvənd istehsalı ilə məşğuldur, Ümumdünya Səhiyyə Təşkilatına mərhələlər barədə məlumat verilib. Yəqin ki, bir və ya iki şirkət tezliklə insanlarla (peyvənd sınağı) mərhələsinə başlayacaq”, - deyə İran Səhiyyə Nazirliyinin mətbuat katibi bildirib.

Səhiyyə Nazirliyi qeyd edib ki, İran peyvəndlərin alınması ilə üç sahədə - beynəlxalq səviyyədə peyvəndlərə çıxış təmin etmək üçün hazırlanmış COVAX fondu vasitəsilə, xarici ölkələrlə əməkdaşlıq yolu ilə və həmçinin öz inkişafları ilə məşğul olur. /Eastnews/