0
Thursday 26 November 2020 - 21:06

Nebenzia: Qərb Suriya hakimiyyətini devirmək üçün əlindən gələni əsirgəmir

Story Code : 900171
Nebenzia: Qərb Suriya hakimiyyətini devirmək üçün əlindən gələni əsirgəmir
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzia Suriyadakı son durum haqda danışaraq bəzi Qərb ölkələrinin Suriya hakimiyyətini devirmək üçün müxtəlif qruplara böyük maliyyə yardımları etdiyini bildirib.

Tass xəbər agentliyi bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında çıxış edən Nebenzia deyib:
"Bir neçə gün öncə Suriya ordusu terrorçuların növbəti hücumunu dəf edib. Təhrir al-Şam terror qruplaşması İdlib şəhəri istiqamətində əməliyyatlarını davam etdirir və bu şəhər qeyri-sabitliyin mərkəzi olaraq qalır. Qərb ölkələri bu silahlıları qoruyaraq onlar üçün fürsət qazanmalarına səbəb olacaq atəşkəs imzalamaq istəyir. Amma Suriyada antiterror əməliyyatları davam edəcək!"
Source : IslamTimes