QR CodeQR Code

Nebenzia: Qərb Suriya hakimiyyətini devirmək üçün əlindən gələni əsirgəmir

IslamTimes , 26 Nov 2020 21:06

İslamTimes: Rusiya nümayəndəsi bildirib ki, Qərb ölkələri Suriyada qanuni hakimiyyəti devirmək üçün terrorçulara maliyyə yardımı göstərir


Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzia Suriyadakı son durum haqda danışaraq bəzi Qərb ölkələrinin Suriya hakimiyyətini devirmək üçün müxtəlif qruplara böyük maliyyə yardımları etdiyini bildirib.

Tass xəbər agentliyi bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında çıxış edən Nebenzia deyib:
"Bir neçə gün öncə Suriya ordusu terrorçuların növbəti hücumunu dəf edib. Təhrir al-Şam terror qruplaşması İdlib şəhəri istiqamətində əməliyyatlarını davam etdirir və bu şəhər qeyri-sabitliyin mərkəzi olaraq qalır. Qərb ölkələri bu silahlıları qoruyaraq onlar üçün fürsət qazanmalarına səbəb olacaq atəşkəs imzalamaq istəyir. Amma Suriyada antiterror əməliyyatları davam edəcək!"


Story Code: 900171

News Link :
https://www.islamtimes.org/az/news/900171/nebenzia-qərb-suriya-hakimiyyətini-devirmək-üçün-əlindən-gələni-əsirgəmir

Islam Times
  https://www.islamtimes.org