QR CodeQR Code

Twitter Trampın hesabına yeni məhdudiyyətlər tətbiq edib

26 Nov 2020 22:04

İslamTimes: Twitter sosial şəbəkəsi Donald Trampın ABŞ-dakı seçkilərlə bağlı tvitlərinə məhdudiyyət tətbiq edib


Twitter sosial şəbəkəsi son qərarı ilə ABŞ Prezidenti Donald Trampın ABŞ-dakı 2020-ci il seçkilərinin nəticələrini şübhə altına alan tvitlərinin bəyənilməsi ilə bağlı məhdudiyyət tətbiq edib.

Məhdudlaşdırma bundan ibarətdir ki, istifadəçilər Donald Trampın uyğun mesajlarını bəyənmək istədikdə "Seçki saxtakarlığı ilə bağllı bu iddia qəbuledilməzdir" mesajı ilə üzləşir.

Twitter əvvəllər də Trampın seçki nəticələrini şübhə altına alan bütün Twitter mesajlarını işarələyərək və bu mesajların altına "bu iddialar qəbuledilməzdir" yazısı dərc etmişdi.


Story Code: 900177

News Link :
https://www.islamtimes.org/az/news/900177/twitter-trampın-hesabına-yeni-məhdudiyyətlər-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org