0
Thursday 26 November 2020 - 22:04

Twitter Trampın hesabına yeni məhdudiyyətlər tətbiq edib

Story Code : 900177
Twitter Trampın hesabına yeni məhdudiyyətlər tətbiq edib
Twitter sosial şəbəkəsi son qərarı ilə ABŞ Prezidenti Donald Trampın ABŞ-dakı 2020-ci il seçkilərinin nəticələrini şübhə altına alan tvitlərinin bəyənilməsi ilə bağlı məhdudiyyət tətbiq edib.

Məhdudlaşdırma bundan ibarətdir ki, istifadəçilər Donald Trampın uyğun mesajlarını bəyənmək istədikdə "Seçki saxtakarlığı ilə bağllı bu iddia qəbuledilməzdir" mesajı ilə üzləşir.

Twitter əvvəllər də Trampın seçki nəticələrini şübhə altına alan bütün Twitter mesajlarını işarələyərək və bu mesajların altına "bu iddialar qəbuledilməzdir" yazısı dərc etmişdi.