0
Thursday 26 November 2020 - 22:33

Çin ABŞ-dan İrana qarşı yanlış sanksiya yolundan dönməyi istədi

Story Code : 900184
Çin ABŞ-dan İrana qarşı yanlış sanksiya yolundan dönməyi istədi
Reuters-in verdiyi məlumata görə, ABŞ hökumətinin İran İslam Respublikasına qarşı maksimum təzyiq kampaniyasını gücləndirmək israrı Çinin sərt reaksiyasına səbəb olub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian cümə axşamı günü ABŞ-ın sanksiyalarla bağlı siyasətini tənqid edərək, bu ölkəni səhvlərini düzəltmək yolunda hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, ötən gecə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Vaşinqton tərəfindən Tehranın raket proqramına qarşı yeni sanksiyalar tətbiq olunduğunu açıqlayıb.
Source : IslamTimes