QR CodeQR Code

Çin ABŞ-dan İrana qarşı yanlış sanksiya yolundan dönməyi istədi

IslamTimes , 26 Nov 2020 22:33

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İranın raket proqramı bəhanəsi ilə Rusiya və Çinə qarşı sanksiya tətbiq etməsini "səhv" adlandırdı.


Reuters-in verdiyi məlumata görə, ABŞ hökumətinin İran İslam Respublikasına qarşı maksimum təzyiq kampaniyasını gücləndirmək israrı Çinin sərt reaksiyasına səbəb olub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Liçian cümə axşamı günü ABŞ-ın sanksiyalarla bağlı siyasətini tənqid edərək, bu ölkəni səhvlərini düzəltmək yolunda hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, ötən gecə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Vaşinqton tərəfindən Tehranın raket proqramına qarşı yeni sanksiyalar tətbiq olunduğunu açıqlayıb.


Story Code: 900184

News Link :
https://www.islamtimes.org/az/news/900184/çin-abş-dan-irana-qarşı-yanlış-sanksiya-yolundan-dönməyi-istədi

Islam Times
  https://www.islamtimes.org