QR CodeQR Code

İranda nüvə alimi terror edilib

28 Nov 2020 00:32

İslamTimes: İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin terror edilməsi ilə bağlı açıqlama yayıb.


APA-nın Tehran bürosunun məlumatına görə, açıqlamada bildirilib ki, bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib.

Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Story Code: 900381

News Link :
https://www.islamtimes.org/az/news/900381/iranda-nüvə-alimi-terror-edilib

Islam Times
  https://www.islamtimes.org