QR CodeQR Code

Netanyahu şəhid edilən iranlı alimi 2 il əvvəl...

28 Nov 2020 03:13

İslamTimes: İsrail baş naziri Benyamin Netanyahunun şəhid edilən iranlı alim Möhsün Fəxrizadə ilə bağlı 2 il öncə ictimaiyyətə xəbərdarlıq etdiyi məlum olub.


Axar.az xəbər verir ki, Netanyahu 2018-ci ildəki çıxışında Fəxrizadənin “Amad” adlı layihəyə başçılıq etdiyini bildirmiş və onun haqqında “Bu şəxsi əsla unutmayın!” cümləsini işlətmişdi.

Qeyd edək ki, M.Fəxrizadə ötən gün Tehran yaxınlığında sui-qəsd nəticəsində şəhid edilib.

İran XİN rəhbəri Məhəmməd Cavad alimin ölümünə görə İsrail rejimini ittiham edib.

 


Story Code: 900387

News Link :
https://www.islamtimes.org/az/news/900387/netanyahu-şəhid-edilən-iranlı-alimi-2-il-əvvəl

Islam Times
  https://www.islamtimes.org