0
Saturday 28 November 2020 - 04:11

Tramp Mossadın İran nüvə alimini öldürdüyünü təsdiqlədi

Story Code : 900389
Tramp Mossadın İran nüvə alimini öldürdüyünü təsdiqlədi
ABŞ prezidenti Donald Tramp "Twitter"də İsrail jurnalistinin nüvə alimi Möhsün Fəxrizadənin illərdir Mossad tərəfindən axtarıldığını bildirən mesajını yenidən yayımlayıb.

İsrail rejimi baş naziri Benyamin Netanyahu əvvəllər qatıldığı bir televiziya proqramında Möhsün Fəxrizadəni İranın nüvə fəaliyyətində əhəmiyyətli bir şəxs kimi təqdim etmişdi.

Qeyd edək ki, İsrail mediasında bu günə qədər dəfələrlə yayımlanan xəbərlərdə alim Fəxrizadəyə qarşı sui-qəsdin baş tutmadığı bildirilmişdi. /Eastnews/