0
Saturday 28 November 2020 - 09:02

BMT İranda nüvə aliminin öldürülməsinə münasibət bildirib

Story Code : 900403
BMT İranda nüvə aliminin öldürülməsinə münasibət bildirib
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak nüvə fiziki M.Fəxrizadənin terroru ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Qeyd edək ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi terror edilən alimin nazirliyin Tədqiqat və innovasiya təşkilatının rəhbəri olduğunu təsdiqləmişdi.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.