0
Saturday 28 November 2020 - 10:37

İran terrora məruz qalan nüvə aliminə görə intiqam alacağını bildirib

Story Code : 900419
İran terrora məruz qalan nüvə aliminə görə intiqam alacağını bildirib
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, ölkənin müdafiə naziri Əmir Hatəmi, İslam İnqilabının Keşikçilər Korpusunun komandanı Hüseyn Səlami nüvə aliminin terrora məruz qalması və şəhid olmasına görə, səbəbkarlardan intiqamın alınacağını bildiriblər.

Ötən gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də etdiyi paylaşımında bu işin arxasında İsrailin izinin olduğunu bildirib.

Qeyd edək ki, Möhsün Fəxrizadə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiyalar Təşkilatının sədri idi.

Qeyd edək ki, Fəxrizadə İranın terror edilən altıncı nüvə alimidir.