QR CodeQR Code

Terrora göstəriş verənlər müzakirə masası arxasında qalstukla əyləşənlərdir!

IslamTimes , 28 Nov 2020 19:31

İslamTimes: İranın məhkəmə qüvvələrinin rəhbəri İbrahim Rəisi nüvə alimi Fəxrizadənin terror edilməsinə münasibət bildirib


İranın məhkəmə qüvvələrinin rəhbəri İbrahim Rəisi bildirib ki, İranın müdafiə sənayesinin sürətlə inkişafı düşmənin gözünə batmış bir tikan kimidir.

Rəisi deyib:

"Düşmən bir tərəfi sanksiya, digər tərəfi terror olan qayçıdan istifadə edərək İran xalqının inkişafına mane olmaq istəyir. Amma buna nail olmayacaqlar. Terror planını cızanlar, terror əmri verənlər onu həyata keçirəndən daha xəbis və daha alçaqdırlar.

Terrora göstəriş verənlər öncə sanksiya tətbiq edir, daha sonra qalstuk taxaraq "müzakirə" masası arxasında oturur. Bir tərəfdən də küçədə odlu silahla insanları hədəf alaraq, terror törədir! Bu şəxslər dildə "insan haqları"ndan danışan şəxslərdir ki, İrana dərman idxalına belə mane olaraq, xəstələrə qarşı cinayətə imza atdılar. Bu cinayətlərin bədəli mənfur sionizm ləkəsinin bölgə coğrafiyasından silinməsidir. İnşallah tezliklə bu baş verəcək. Bu ilahi vəddir!"


Story Code: 900509

News Link :
https://www.islamtimes.org/az/news/900509/terrora-göstəriş-verənlər-müzakirə-masası-arxasında-qalstukla-əyləşənlərdir

Islam Times
  https://www.islamtimes.org