0
Sunday 7 August 2011 - 16:00

İsraildə "Ərəb baharı" - Yenilənib

Story Code : 90051
İsraildə "Ərəb baharı"
İsraildə "Ərəb baharı"
İşğal olunmuş Fələstin torpaqlarında on minlərlə orta sinfin nümayəndəsi ölkənin bir sıra şəhər və rayonlarında küçələrə axışıb. Anspress-in məlumatına görə, əllərində ölkə bayrağı və “xalq üçün sosial bərabərlik” və inqilab deyə şüarlar səsləndirən aksiya iştirakçıları baş nazir Benyamin Netanyahunun iqamətgahını dövrəyə alıb. Nümayişçilərin bəzilərinin əllərində “İnsanlar gəlirdən daha vacibdir”, “İsrail çox bahadır və İşçi sinfi-qəhrəman” kimi yazılar olan bannerlər qaldırıb.

Təl-Əviv polisinin hesablamalarına görə, şəhərdəki aksiyada 120 min insan iştirak edib. Nümayişin təşkilatçılarında isə bu rəqəm rəsmi rəqəmdən iki dəfəyə qədər çox, daha dəqiq desək 230 mindir ki, bu da şəhərin ümumi əhalisinin tən yarısı deməkdir. Ümumilikdə ölkə üzrə nümayişlərdə 270 minə yaxın insanın iştirak etdiyi bildirilir. Aksiya iştirakçılarının əksəriyyətini isə tələbələr, dövlət qulluğunda çalışanlar və ictimai xadimlər təşkil edib.

Qeyd edək ki, bu ölkədə kütləvi etirazlar təxminən 1 ay öncə başlayıb. Nümayişçilər Netanyahu əleyhinə srt şüarlar səsləndirərək, onun kabinetindən iqtisadi islahatlar tələb edir. Onlar həddindən artıq bahalıq, sosial bərabərsizlik və işsizlikdən şikayət edir. Bundan savayı etirazçılar tibbi xidmət və təhsil üçün daha çox imkanların yaradılmasını tələb edir.

Comment


Related files