0
Saturday 28 November 2020 - 20:41

Avropa Birliyi: İranlı alimin qətli cinayətdir!

Story Code : 900524
Avropa Birliyi: İranlı alimin qətli cinayətdir!
Avropa Birliyinin mətbuat bölməsinin verdiyi xəbərə görə, bu gün AB sözçüsü iranlı nüvə alimi Möhsin Fəxrizadənin terror edilməsini pisləyən bir açıqlama verib.

Dünən baş verən terror hadisəsi ilə bağlı bu açıqlamanın əvvəlində deyilir: “27 Noyabr 2020-ci ildə Tehranda İran dövlət məmuru və bir neçə mülki şəxs terror nəticəsində həlak olub. Bu, cinayətdir! Bu terror Avropa Birliyinin dəstəklədiyi insan hüquqlarına ziddir!"

Avropa Birliyi qurbanların ailələrinə başsağlığı verərək bildirib: "Avropa Birliyi həlak olanların ailələrinə başsağlığı verir və hadisə nəticəsində yaralananların hamısına tez bir zamanda sağlamlıq diləyir."
Source : IslamTimes