0
Saturday 28 November 2020 - 21:21

Nüvə alimi Şəhid Fəxrizadənin terroru ilə bağlı İnqilab Rəhbərinin mesajı

Story Code : 900533
Nüvə alimi Şəhid Fəxrizadənin terroru ilə bağlı İnqilab Rəhbərinin mesajı
Ayətullah Xamenei deyib:

"Bismillahir-Rəhmanir-Rəhim

Ölkənin tanınmış nüvə və müdafiə sənayesi alimi cənab Möhsün Fəxrizadə cinayətkar və qəddar muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elm adamı təlaşlarını, fəaliyyətini davam etdirərək öz dəyərli canını Allah yolunda fəda etdi. Uca şəhidlik məqamı onun üçün ilahi mükafatdır!

İki vacib məsələ ciddi şəkildə nəzərinizdə olmalıdır. Birincisi, bu cinayəti törədənlər və onun sifarişçiləri sərt şəkildə cəzalandırılmalıdır. İkincisi, şəhidin məşğul olduğu bütün sektorlarda elmi və texniki səylər davam etdirilməlidir.

Şəhidin möhtərəm ailəsinə və ölkənin elm adamlarına, şəhidin həmkarlarına və tələbələrinə bu şəhidlik dərəcəsinə görə təbrik, o alimin aramızda olmayacağına görə isə başsağlığı deyirəm. Allahdan şəhid üçün uca məqam diləyirəm.

Seyid Əli Xamenei
28 noyabr, 2020-ci il
Source : IslamTimes