0
Sunday 7 August 2011 - 16:29

Suriya hadisələri, Qərbin müharibəyə yönəli siyasətlərinin cilovlanmasında Rusiyanın rolu

Story Code : 90057
Suriya hadisələri, Qərbin müharibəyə yönəli siyasətlərinin cilovlanmasında Rusiyanın rolu
Suriya hadisələri, Qərbin müharibəyə yönəli siyasətlərinin cilovlanmasında Rusiyanın rolu
Fars xəbər agentliyinin verdiyi məlumata əsasən, Livanın “Əl-Səfir” qəzetində Sami Kəlibin yazdığı məqalədə Rusiyanın Suriyada sabitliyi müdafiəsi haqqında danışılır. Moskva BMT-nin Təhlükəsizlik Şurasında Suriya hökumətini müdafiə etmişdir.

İnformasiya müharibəsində Suriyanın qələbəsi

Xəbərdə bildirilir ki, Suriya dövləti hökumət qüvvələrinə məxsus hərbi geyimli şəxslərin cənazələri çaya atmasının nümayiş etdirildiyi dəhşətli təsvirlər yaymışdır. Bu lentdə hərbi qüvvələrə qarşı təxribat sübuta yetir. Nəticədə Moskva Suriya hökumətini müdafiə edərək Beynəlxalq Qüvvələrin Suriyaya qarşı fəaliyyətlərini əngəlləmişdir. Dinc nümayişçilərə qarşı ordunun vəhşiliyi Suriyaya qarşı əsas ittiham idi. Ərəb və Qərb şəbəkələri saxta videogörüntülər yaymaqla Əsəd rejimini dünyaya cinayətkar kimi tanıtdırırdı. Nəticədə dünyada Suriya hökumətinə qarşı mənfi fikir formalaşmışdı.

Suriya uduş vərəqələrini üzə çıxarır

Beləcə, Dəməşq hökuməti informasiya müharibəsinin əhəmiyyətini anlayaraq orduya qarşı təxribatların qarşısını alan addımlar atmaqdadır. Bəşar Əsədə düşmən qüvvələr hökumətə məxsus hərbi geyimlərdə cinayətlər törədərək, bunu lentə almış və dünyaya yaymışlar. İndi məlum olur ki, həmin cinayətləri sübuta yetirən videogörüntülər Suriya Təhlükəsizlik Qüvvələrinin əlindədir.

Rusiyanın hazırda istinad etdiyi görüntülər təhlükəsizlik şurasında tərəddüd yaratmışdır. Rusiya sübuta yetirmişdir ki, Suriya hökuməti yalnız silahlı qiyamçılarla mübarizə aparır. Nəticədə təhlükəsizlik qüvvəsi baş vermiş cinayətlərdə silahlı qiyamçıları ittiham etməyə məcbur olmuşdur.

Bu mövqe Dəməşq və Moskvanın qələbəsidir. Təhlükəsizlik Şurasının bəyanatında Suriyada təxribatla məşğul olan silahlılar ittiham edilmişdir. Uyğun mövzu Suriya televiziyasında dəfələrlə işıqlandırılıb.

Siyasi islahatlar və sabitlikdə seçkilərin təsiri

Sami Kəlib sözünün davamında işarə edir ki, Rusiya Dəməşqin müdafiəsində öz mövqeyini təkrarlamaya bilər. Suriyada qətllər davam etsə, Dəməşq üçün çıxılmaz vəziyyətin yaranması mümkündür. Əlbəttə ki, Suriya hökuməti Moskvanın dəstəyinə cavab olaraq müəyyən addımlar atmışdır. Partiyalarla bağlı islahat qanunu və ümumi seçkilər Dəməşqin müsbət addımlarıdır. Tezliklə informasiya sahəsində də islahatların aparılacağı gözlənilir. Bu qanunlar mübarək ramazan ayı ərəfəsində imzalanmışdır. Təhlükəsizlik şurasının bəyanatı ilə eyni zamanda islahat qanunlarının imzalanması diqqəti cəlb edir.

Suriya həqiqi islahatlar istəyir

Məqalənin davamında bildirilir ki, Suriya hərbi qüvvələri bir çox şəhərlərdə nəzarəti ələ keçirdikdən sonra islahat qanunları gündəmə gəlib. Artıq İordaniya, Livan, Türkiyə və İraq sərhədləri ordunun nəzarəti altındadır. Həməs və Həmam kimi qeyri-sabitliyin hökm sürdüyü şəhərlər də nəzarətdədir. Qanunlarla eyni vaxtda qiyamçı şəhərlərin nəzarətə götürülməsi xalqa bir mesajdır. Əsəd cəmiyyətə mesaj göndərir ki, islahatlar Qərbin təzyiqlərinə görə deyil. Hökumət islahatları davam etdirmək siyasi və diplomatik fəaliyyətləri gücləndirmək fikrindədir.

Dəməşq hökumətinə qarşı müxalifətin mərkəzləşməsi

Məqalədə bildirilir ki, Qərb Suriya müxalifətini mərkəzləşdirərək hökumətə qarşı Qətərdə konfrans keçirməyi planlaşdırır. Dəməşqə qarşı Türkiyənin sərt mövqeyi, Fransa və İtaliyanın müxaliflərə sığınacaq verməsi, gündəmdədir. Bu addımlar Suriyadakı gərginliyi artıra bilər.

Kəlib yazır ki, Rusiya bugünədək Qərbin təzyiqləri altında Suriyaya qarşı qətnaməyə mane ola bilib. Eyni zamanda Əsədin islahatları müxalifləri çıxılmaz vəziyyətdə qoyub. Bu qarşıdurmanın başqa üzü də var. Qarşı tərəf Suriya xalqını təhrif etməkdə israrlıdır və müxaliflər yeni vasitələrə əl atır. Beləcə, Dəməşq və Moskva bu günədək hücumların qarşısında müqavimət göstərə bilib. Amma qarşıdurmalar davam edir.
Source : Fars xəbər agentliyi
Comment