QR CodeQR Code

ABŞ təyyarəsi sərhədə yaxınlaşdı: Su-27-lər havalandı

29 Nov 2020 00:35

İslamTimes: Qara dəniz üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ-a aid "Boinq RC-135" tipli kəşfiyyat təyyarəsi Qara dəniz səmasında uçuş edərkən Rusiya hava məkanına yaxınlaşıb:

“Rusiya sərhədlərinin pozulmasının qarşısının alınması məqsədilə Su-27 qırıcı təyyarələri havaya qaldırılıb. Rusiya qırıcıları Qara dəniz səmasında uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni müşayiət edib”.


Story Code: 900585

News Link :
https://www.islamtimes.org/az/news/900585/abş-təyyarəsi-sərhədə-yaxınlaşdı-su-27-lər-havalandı

Islam Times
  https://www.islamtimes.org