0
Sunday 29 November 2020 - 01:54

İƏT İslam İnkişaf Bankı və beynəlxalq ictimaiyyəti Azərbaycana yardım etməyə çağırdı

Story Code : 900595
İƏT İslam İnkişaf Bankı və beynəlxalq ictimaiyyəti Azərbaycana yardım etməyə çağırdı
Azərbaycan ərazilərinin işğaldan azad olunması bir milyondan çox məcburi köçkünün öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcək.

AzNews.az xəbər verir ki, bu barədə Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında qəbul edilmiş “Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə vurğulanıb.

Qətnamədə bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

Qeyd edək ki, noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib. İclasda İslam Əməkdaşlığı Təşkilatı tərəfindən Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul olunub.