0
Sunday 7 August 2011 - 16:49

İspaniyada toqquşmada 20 nəfər yaralanıb

Story Code : 90060
İspaniyada toqquşmada 20 nəfər yaralanıb
İspaniyada toqquşmada 20 nəfər yaralanıb
Paytaxt Madriddə "qəzəblilərin hərəkatı"nın keçirdiyi nümayişdə polis güc tətbiq edib. Toqquşmalarda 7-si polis olmaqla, 20 nəfər xəsarət alıb. Nümayişçilər bildirirlər ki, polisin yaralıları aparan maşınların qarşısını almaq üçün aksiyanın keçirildiyi yeri yük maşınları ilə blokadaya alıb. Aksiya iştirakçıları Xarici İşlər Nazirliyinin önündə toplaşıblar. Polis nümayişçilərin yenidən "Puerto del Sol" meydanında çadır düşərgəsi quracağından ehtiyat edərək, onları əraziyə buraxmayıb. Qeyd edək ki, işsizliyin yüksək səviyyədə olmasından və hökumətin iqtisadi siyasətindən narazı olan ispanlar may ayından bəri aksiyalar keçirirlər. Ölkədə 25 yaşınadək gənclərin 45 faizi işsizdir.
Comment