0
Sunday 29 November 2020 - 10:29

Salmanın Netanyahu ilə gizli görüşü - Detallar üzə çıxdı

Story Code : 900622
Salmanın Netanyahu ilə gizli görüşü - Detallar üzə çıxdı
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.

Nəşr bildirib ki, ABŞ rəsmiləri Salman və Netanyahu arasında normallaşma anlaşmasının əldə ediləcəyini gözləyirdi: “Ancaq Salman mövcud vəziyyətdə bu formada razılaşma istəməyib”.

Vurğulanır ki, Donald Tramp administrasiyası işğalçı İsrail və ərəb ölkələri arasında “İbrahim anlaşmaları”nı bərpa etmək istəyib:

“Ancaq şahzadə Salman ABŞ-dakı prezident seçkilərinin nəticələrinə görə razılaşmadan imtina edib. Yeni prezident Cozef Bayden rəhbərliyi ilə münasibətlər yaratmaq istəyən Salman sionist rejimlə normallaşma ilə bağlı addım atmaq istəməyib”.

Nəşr yazır ki, Bayden işğalçı İsraillə ərəb ölkələri arasında normallaşma müddətini dəstəkləsə də, Camal Qaşıqçı cinayəti və digər insan haqları pozuntusuna görə Ər-Riyada qarşı daha sərt siyasət sərgiləyə bilər.

Qeyd edək ki, B.Netanyahu noyabrın 23-də gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edərək Salmanla görüşüb.