QR CodeQR Code

Əfqanıstanda növbəti terror, 21 hərbçi öldü

29 Nov 2020 10:46

İslamTimes: Əfqanıstanın Qəzni əyalətində hərbi hissənin yaxınlığında minalanmış avtomobil kamikadze tərəfindən partladılıb.


“Report” xəbər verir ki, bu barədə Ariana News məlumat yayıb.

Yerli xəstəxananın baş həkimi bildirib ki, partlayış nəticəsində 21 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, həlak olanların və yaralı şəxslərin hamısı hərbçilərdir.

Hələ ki, heç bir terror qruplaşması partlayışı öz üzərinə götürməyib.


Story Code: 900624

News Link :
https://www.islamtimes.org/az/news/900624/əfqanıstanda-növbəti-terror-21-hərbçi-öldü

Islam Times
  https://www.islamtimes.org