0
Sunday 29 November 2020 - 11:03

Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

Story Code : 900625
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters
SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə agentliyə Səudiyyə Ərəbistanın yüksək rəsmilərindən və xarici diplomatlardan bir neçəsi məlumat verib.

Bildirilib ki, ötən həftə Benyamin Netanyahunun Səudidyyə Ərəbistanına səfəri gizli şəkildə baş tutub və ölkə kralının oğlu vəliəhd Məhəmməd bin Salman, ABŞ dövlət katibi Mayk Pompeo və baş nazir Benyamin Netanyahu arasında üçtərəfli görüş keçirilib.

Qeyd edilib ki, ölkə kralı Salman bin Əbdüləziz bu səfər barədə əsla məlumatlandırılmayıb.

Bundan öncə bir sıra ABŞ mənbələri, Salman bin Əbdüləziz kral olduqca Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələrin normallaşmasının qeyri-mümkün hesab ediblər.

Əlavə edək ki, bu səfər baş tutsa da, rəsmi ər-Riyad və Təl-Əviv belə bir səfərin olmasını təsdiqləməyiblər.