0
Sunday 29 November 2020 - 12:51

Pensilvaniya məhkəməsindən Trampa növbəti ŞOK!

Story Code : 900646
Pensilvaniya məhkəməsindən Trampa növbəti ŞOK!
"Əl-Cəzirə" yerli mənbələrə istinadən bildirir ki, Pensilvaniya ştatının Ali Məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv etmək üçün Respublikaçıların vəsatətini əsassız iddialar səbəbindən rədd edib.

ABŞ Konqresi üzvü olan bir neçə Respublikaçı, o cümlədən Mayk Kelli poçt yolu ilə verilən səslərin ləğvini tələb edərək Pensilvaniyada seçki nəticələrinin təsdiqlənməməsini istəmişdi.

Bundan əvvəl Federal Apellyasiya Məhkəməsi ABŞ prezidentinin şikayətini kifayət qədər dəlil olmadığı üçün geri çevirmişdi.

Co Baydenin Pensilvaniyada qələbə qazandığı dörd gün öncə təsdiqlənsə də məhkəmə bu gün bir daha nəticələrin düzgün olduğunu vurğulayıb.

Qeyd edək ki, Co Bayden Amerika tarixində rekord göstərici olan 80 milyondan çox səs toplamağı bacarıb.
Source : IslamTimes