0
Sunday 29 November 2020 - 22:01

"Vaşinqtonun HBFP razılaşmasına qayıtması İranın özünə bağlıdır

Story Code : 900725
"Vaşinqtonun HBFP razılaşmasına qayıtması İranın özünə bağlıdır
"New York Time"-ın verdiyi xəbərə görə Co Baydenin Ağ Evin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi postuna namizədi olan Ceyk Salivan (Jake Sullivan) İranla HBFP razılaşması məsələsinə toxunub. Baydenin İranla razılaşması haqda danışan Salivan bildirib ki, rəsmi Vaşinqtonun İranla razılaşmaya geri dönməsi tamamilə İrana bağlı məsələdir. Əgər rəsmi Tehran razılaşmada qeyd olunan öhdəlikləri yerinə yetirməyə və qarşıda digər razılaşmalar əldə olunmasına müsbət yanaşsa Bayden hökuməti HBFP sazişinə geri dönəcək.

Salivan elə bir halda bu şərtləri bəyan edib ki, İran İslam Respublikası HBFP sazişinə tam olaraq əməl etdiyi halda Tramp iki öncə saziş sənədini yırtaraq, "bu yaxşı saziş deyil" söyləyib və ABŞ-ın artıq müqaviləyə əməl etməyəcəyini açıqlayıb.
Source : IslamTimes