QR CodeQR Code

Tel-Əvivdən Avropa Birliyinə qarşı növbəti həyasızlıq

IslamTimes , 29 Nov 2020 22:53

İslamTimes: İşğalçı İsrail rejiminin Kəşfiyyat Naziri orduya bağlı bir media orqanına verdiyi müsahibədə Avropa Birliyini tənqid edib.


İşğalçı İsrail rejiminin Kəşfiyyat Naziri orduya bağlı bir media orqanına verdiyi müsahibədə Avropa Birliyini tənqid edib. Bu tənqidə səbəb AB-nin iranlı nüvə alimi Möhsün Fəxrizadənin terrorunu qınayan bəyanət verməsi olub.

İsrail Kəşfiyyat Naziri Eli Kohen "Ordu Radiosu"na verdiyi müsahibədə iddia edib ki, İran nüvə anlaşmasını pozur və Avropa Birliyi bu mövzudan xəbərdardır.

Eli Kohen Avropa Birliyinin Möhsün Fəxrizadənin terror edilməsini "cinayət" adlandırmasına işarə edərək deyib: "Biz AB-nin bir məsələni görməməzlikdən gəldiyinə şahidik."

Nazir deyib ki, Netanyahu Tel-Əvivin İranın nüvə aliminin qətlində rolu olmasından bəhs etməyib. O iranlı alimin terrorunun məntəqə və dünyaya müsbət təsir bağışlayacağını bildirib.


Story Code: 900733

News Link :
https://www.islamtimes.org/az/news/900733/tel-əvivdən-avropa-birliyinə-qarşı-növbəti-həyasızlıq

Islam Times
  https://www.islamtimes.org