0
Sunday 29 November 2020 - 22:53

Tel-Əvivdən Avropa Birliyinə qarşı növbəti həyasızlıq

Story Code : 900733
Tel-Əvivdən Avropa Birliyinə qarşı növbəti həyasızlıq
İşğalçı İsrail rejiminin Kəşfiyyat Naziri orduya bağlı bir media orqanına verdiyi müsahibədə Avropa Birliyini tənqid edib. Bu tənqidə səbəb AB-nin iranlı nüvə alimi Möhsün Fəxrizadənin terrorunu qınayan bəyanət verməsi olub.

İsrail Kəşfiyyat Naziri Eli Kohen "Ordu Radiosu"na verdiyi müsahibədə iddia edib ki, İran nüvə anlaşmasını pozur və Avropa Birliyi bu mövzudan xəbərdardır.

Eli Kohen Avropa Birliyinin Möhsün Fəxrizadənin terror edilməsini "cinayət" adlandırmasına işarə edərək deyib: "Biz AB-nin bir məsələni görməməzlikdən gəldiyinə şahidik."

Nazir deyib ki, Netanyahu Tel-Əvivin İranın nüvə aliminin qətlində rolu olmasından bəhs etməyib. O iranlı alimin terrorunun məntəqə və dünyaya müsbət təsir bağışlayacağını bildirib.
Source : IslamTimes