QR CodeQR Code

Tramp söz verdi - Sənədləri təqdim edəcəm

30 Nov 2020 01:30

İslamTimes: ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində qələbə qazanması barədə bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib.


Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “FoxNews”a müsahibəsində deyib.

"Biz seçkilərdə asanlıqla qalib gəldik. Ola bilməz ki, Bayden milyonlarla səs yığsın", - o, müsahibəsində bildirib.

Tramp öz qələbəsini elan etmiş Co Baydenin afroamerikalı seçicilər arasında sabiq dövlət başçısı Barak Obamadan da çox səs yığa bilməsindən şübhələnib.

"Minlərlə ölü insan səs “verdi", - Tramp təkrarlayıb. O, vurğulayıb ki, əslində Bayden 80 milyon səs toplamayıb.


Story Code: 900743

News Link :
https://www.islamtimes.org/az/news/900743/tramp-söz-verdi-sənədləri-təqdim-edəcəm

Islam Times
  https://www.islamtimes.org