QR CodeQR Code

Trampdan FTB-yə AĞIR İTTİHAM

30 Nov 2020 00:03

İslamTimes: Donald Tramp bəyan edib ki, ABŞ Ədliyyə Nazirliyinin və Federal Təhqiqat Bürosunun əməkdaşlarının prezident seçkisindəki saxtakarlıq faktlarında əli ola bilər.


Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

O, bunu "kütləvi dələduzluq" adlandırıb.

"FTB ilə Ədliyyə Nazirliyi nə iş görürdülər? Bilmirəm, bəlkə də onların da əli var. <...> Bu seçki saxtalaşdırıldı, amma KİV bu barədə yazmaq istəmir", - Tramp deyib.

Tramp əlavə edib ki, adını çəkdiyi qurumlar seçkidə pozuntuların olmasına rəğmən heç bir addım atmayıblar. Onun sözlərinə görə, Respublikaçılar partiyasının üzvləri saxtakarlıqlar barədə kifayət qədər məlumat toplayıblar, ancaq hakimlər həmin məlumatların üzə çıxarılması üçün onlara imkan yaratmırlar.

Noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Əsas namizədlər hazırkı Prezident, respublikaçı Donald Tramp və keçmiş dövlət katibi, Demokratlar partiyasından irəli sürülmüş Co Bayden idi.

Noyabrın 7-də ABŞ-ın aparıcı KİV-ləri - ABC News, FOX News, CNN, AP və NBC - Co Baydenin prezident seçkisində qalib gəldiyini yazdılar. O zaman rəsmi nəticə hələ elan edilməmişdi.

Dünyanın bir çox ölkələrinin dövlət başçıları, o cümlədən Səudiyyə Ərəbistanı kralı, Türkiyə və Sloveniya prezidentləri, BMT-nin baş katibi artıq Baydenə təbrik məktubu göndəriblər.

 


Story Code: 900744

News Link :
https://www.islamtimes.org/az/news/900744/trampdan-ftb-yə-ağir-ittiham

Islam Times
  https://www.islamtimes.org