0
Monday 30 November 2020 - 10:15

BƏƏ iranlı fizikin qətlini pislədi

Story Code : 900792
BƏƏ iranlı fizikin qətlini pislədi
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin ötən gün yayımladığı və WAM dövlət agentliyinin verdiyi açıqlamasında bildirilir.

“Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bölgəmizin qarşılaşdığı qeyri-sabitlik və təhlükəsizlik problemlərinin, sabitliyi təhdid edərək böyüməyə səbəb ola biləcək hərəkətlərdən çəkindirməyimizə diqqət çəkdi”, - deyə açıqlamada deyilib.

“BƏƏ bu sabitliyin bütün tərkib hissələrini axtarmağın lazım olduğuna inandığına əsaslanaraq cənab Möhsün Fəxrizadənin regional münaqişəyə səbəb ola biləcək mənfur qətlini pisləyir”, - deyə yayımlanan açıqlamada qeyd edilib.

BƏƏ bütün tərəfləri maksimum təmkinli olmağa və regionda sülhə və təhlükəsizliyə mane olacaq yeni qeyri stabil mərhələyə çatmasına imkan verməməyinin zəruriliyini vurğulayıb. /Eastnews/