0
Monday 30 November 2020 - 18:48

"Trampın İrana qarşı "Maksimum təzyiq" kampaniyası uğursuz oldu, əlaqələri bərpa edin!"

Story Code : 900864
"Trampın İrana qarşı "Maksimum təzyiq" kampaniyası uğursuz oldu, əlaqələri bərpa edin!"
1999-2009-cu illərdə Avropa Birliyi Şurasının baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə olmuş Xavyer Solana və 5 digər yüksək məqamlı rəsmi AB-yə müraciət ünvanlayıb. Nüfuzlu siyasətçilər məktubda yazıb:

"Baydenin ABŞ prezidenti seçilməsi, İran da daxil olmaqla həssas təhlükəsizlik məsələlərində transatlantik əlaqələrin gücləndirilməsinə yol açır. İranla 5+1 arasında əldə edilmiş nüvə razılaşmasını son 4 ildə qorumaq olduqca çətin bir iş olub. Bunu nəzərə alaraq, Avropa Birliyi artıq açıq şəkildə Bayden və İran hökumətini razılaşmada qeyd olunan öhdəliklərini yerinə yetirərək HBFP razılaşmasına qayıtmağa çağırmalıdır. Avropa Birliyi bu gedişatı dəstəkləmək üçün koordinasiyalı bir yol xəritəsi hazırlamalıdır.

Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyası uğursuzluqla nəticələndi. Misli görünməmiş sanksiyalar sıravi İran vətəndaşlarının həyatına mənfi təsir göstərdi. ABŞ-ın 2018-ci ildə razılaşmanı pozaraq İrana tətbiq etdiyi sanksiyalara cavab olaraq, İran tərəfi də nüvə fəaliyyətini artırdı və MAQATE-dəki öhdəliklərinə əməl etməyəcəyini bəyan etdi. Tehran həmçinin Orta Şərqdə hərbi gücünü nümayiş etdirdi..."
Source : IslamTimes