QR CodeQR Code

Timoşenkoya daha bir zərbə

7 Aug 2011 18:51

IslamTimes - Keçmiş baş nazirin tərəfdarlarına qarşı xüsusi təyinatlılar cəlb edilib


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun tərəfdarları xüsusi təyinatlı dəstələrdən özlərini müdafiə etməli olublar. Anspress xəbər verir ki, müdafiəyə Timoşenkonun "Batkivşina" partiyasındakı sağ əli Aleksandr Turçinov rəhbərlik edir. Tərəfdarların qurduğu 30 çadırlıq düşərgədə asılan lövhələrdə bu çadırların "müxalifətdən olan deputatların ictimai qəbul otağı" olduğu yazılıb.

Kiyev administrasiyası isə Timoşenko tərəfdarlarının Peçersk məhkəməsinin binası qarşısında çadır düşərgəsi quraraq aksiya keçirməsini qadağan etmək qərarı verib. Müxalifət yönümlü fəallar Yuliya Timoşenkonun həbsinə etiraz əlaməti olaraq bu düşərgəni salıblar. Onlar aksiyalarının sonadək davam edəcəyini bəyan etsələr də, xüsusi təyinatlı dəstələr artıq çadırları yığışdırmağa başlayıblar. Əraziyə bir neçə milis avtoubusu və xüsusi maşınlar gəlib, Timoşenko tərəfdarları lövhələrin arxasında gizlənərək, müdafiə olunmağa çalışırlar.

Yuliya Timoşenko özü isə hazırda istintaq təcridxanasında həbsdədir. Keçmiş hökumət başçısı öz işi ilə bağlı məhkəmə qərarını gözləyir. "Narıncı şahzadə" 2009-cu ildə Rusiya qazının təchizatına dair Ukrayna üçün səmərəsiz müqavilə imzalamaqda ittiham edilir. /Milli.Az/


Story Code: 90089

News Link :
https://www.islamtimes.org/az/news/90089/timoşenkoya-daha-bir-zərbə

Islam Times
  https://www.islamtimes.org