QR CodeQR Code

İRAN, 3 ABŞ ƏSGƏRINI HƏBS EDIB

Faktxeber.com , 1 Aug 2009 11:40

FaktXəbərin Türkiyə mediasına istinadən verdiyi məlumata əsasən, bu gün İran ordusu Amerika Birləşmiş Ştatlarına məxsus 3 nəfəri həbs edib.


İraqın şimalında İran sərhədində gəzən 3 Amerikalının İran ordusu tərəfindən nəzarətə götürüldüyü bildirilir. İraqda yaşayan iki Kürd səlahiyyətli, Amerikalıların böyük bir ehtimalla icazəsiz olaraq İran torpaqlarına girdiyi üçün həbs olunduqlarını söyləyib. Qeyd edək ki, İran İslam Respublikasının sərhədini pozan 3 amerikalı şəxsin turist olduğu da istisna olunmur. ABŞ Xarici İşlər nazirliyi, hadisə ilə bağlı Amerikalıların İranlılar tərəfindən həbs olunduğu xəbərin araşdırıldığını bildirib.


Story Code: 9009

News Link :
https://www.islamtimes.org/az/news/9009/iran-3-abş-əsgərini-həbs-edib

Islam Times
  https://www.islamtimes.org