QR CodeQR Code

Fransız xalqı hakimiyyəti diz çökdürdü

IslamTimes , 30 Nov 2020 22:56

İslamTimes: Fransa parlamentindəki hakim partiyanın rəhbəri ölkədə xidmət halında olan polisdən çəkiliş aparılmasını qadağan edən qanun layihəsinin ləğv edildiyini açıqladı.


Reuters-in verdiyi məlumata görə, hakim partiyanın parlamentdəki sözçüsü Kristof Kastaner bildirib ki, polis işçilərindən xidmət halında olarkən çəkiliş aparılmasını qadağan edən qanun layihəsi ləğv edilib.

Fransa parlamentindəki hakim partiyanın lideri mətbuat konfransında deyib ki, uyğun qanuna dəyişiklik edilib və yeni qanun yaxın zamanlarda açıqlanacaq.

Polislərin lentə alınmasını qadağan edən qanun Fransada geniş etiraz aksiyaları ilə müşayiət olunub. Qəzəbli xalq dövlət idarələrinə belə od vurub. Polisin etirazlara müdaxiləsindən sonra şiddətli qarşıdurmalar baş verib.


Story Code: 900927

News Link :
https://www.islamtimes.org/az/news/900927/fransız-xalqı-hakimiyyəti-diz-çökdürdü

Islam Times
  https://www.islamtimes.org