QR CodeQR Code

Səudiyyə rejimindən Fələstinə növbəti xəyanət

IslamTimes , 30 Nov 2020 23:12

İslamTimes: Səudiyyə rejimi Fələstin xalqını iqtisadi blokadada saxlayaraq onlara qarşı hər növ vəhşiliyə əl atan İsrail üçün hava məkanını açıq elan etdi!


"Jerusalem Post" qəzetinin yazdığına görə, sentyabr ayında Səudiyyə Ərəbistanı elan etdi ki, BƏƏ istiqamətinə bütün xarici (mülki) uçuşlar üçün hava məkanını açmaq qərarına gəlib. Lakin bu açıqlamada əli Fələstin xalqının qanına bulaşmış sionist rejimin adı qeyd edilməmişdi. Amma bu gün sionist mediasında yer alan xəbərdə bildirilib ki, Səudiyyə Ərəbistanı rəsmi olaraq işğalçı İsrail rejiminə məxsus təyyarələr üçün hava məkanından istifadə icazəsi verib. Bu sionist rejim təyyarələrinin birbaşa Dubaya uçmasına imkan verəcək.

Səudiyyə Ərəbistanının qərarından sonra sionist rejim təyyarələrinin Tel-Əvivdən Dubay istiqamətinə olan sabahkı uçuşu baş tutacaq.

Bazar ertəsi günü, BƏƏ səlahiyyətliləri İsrail Nəqliyyat Nazirliyinə açıq şəkildə bildirmişdi ki, Səudiyyə Ərəbistanı İsrail hava yollarına hava məkanından istifadə icazəsi verməyincə İsraildən Dubaya uçuşlara icazə verilməyəcək!


Story Code: 900934

News Link :
https://www.islamtimes.org/az/news/900934/səudiyyə-rejimindən-fələstinə-növbəti-xəyanət

Islam Times
  https://www.islamtimes.org