0
Monday 30 November 2020 - 23:12

Səudiyyə rejimindən Fələstinə növbəti xəyanət

Story Code : 900934
Səudiyyə rejimindən Fələstinə növbəti xəyanət
"Jerusalem Post" qəzetinin yazdığına görə, sentyabr ayında Səudiyyə Ərəbistanı elan etdi ki, BƏƏ istiqamətinə bütün xarici (mülki) uçuşlar üçün hava məkanını açmaq qərarına gəlib. Lakin bu açıqlamada əli Fələstin xalqının qanına bulaşmış sionist rejimin adı qeyd edilməmişdi. Amma bu gün sionist mediasında yer alan xəbərdə bildirilib ki, Səudiyyə Ərəbistanı rəsmi olaraq işğalçı İsrail rejiminə məxsus təyyarələr üçün hava məkanından istifadə icazəsi verib. Bu sionist rejim təyyarələrinin birbaşa Dubaya uçmasına imkan verəcək.

Səudiyyə Ərəbistanının qərarından sonra sionist rejim təyyarələrinin Tel-Əvivdən Dubay istiqamətinə olan sabahkı uçuşu baş tutacaq.

Bazar ertəsi günü, BƏƏ səlahiyyətliləri İsrail Nəqliyyat Nazirliyinə açıq şəkildə bildirmişdi ki, Səudiyyə Ərəbistanı İsrail hava yollarına hava məkanından istifadə icazəsi verməyincə İsraildən Dubaya uçuşlara icazə verilməyəcək!
Source : IslamTimes