QR CodeQR Code

Zərif alimin ölüm səbəbini açıqladı: Sui-qəsd razılaşması...

1 Dec 2020 01:57

İslamTimes: İsrail, ABŞ və Səudiyyə Ərəbistanı arasında bir sui-qəsd razılaşması nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi ilə sona çatdı.


Axar.az xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Pompeonun bölgəyə təcili səfərləri, Səudiyyə Ərəbistanındakı üçtərəfli görüş və Netanyahunun açıqlamaları, təəssüf ki, tanınmış bir şəxsin ölümünə səbəb olan bir sui-qəsddən xəbər verir”, - Zərif bildirib.

Zərifin sözlərinə görə, İran xalqına qarşı uğursuz təzyiq siyasətinin tərəfdarları sanksiyaların ləğvi üçün əlverişli mühiti məhv etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın son günlərindən istifadə etməyə çalışırlar.


Story Code: 900945

News Link :
https://www.islamtimes.org/az/news/900945/zərif-alimin-ölüm-səbəbini-açıqladı-sui-qəsd-razılaşması

Islam Times
  https://www.islamtimes.org