0
Sunday 7 August 2011 - 19:06

Rusiya İsrailə xəbərdarlıq edib

Story Code : 90095
Rusiya İsrailə xəbərdarlıq edib
Rusiya İsrailə xəbərdarlıq edib
Rusiya yenidən İsraili Şərqi Qüds ərazisində yaşayış məntəqələri salmaq siyasətini daydırmağa çağırıb. RİA “Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Qərb sahilində ümumilikdə 120-dən çox yəhudi məskəni var və burada 300 min israilli yaşayır. İsrail fələstinlilərlə mümkün sülh sazişi zamanı istənilən halda ən iri yaşayış məntəqələri üzərində nəzarəti saxlamağı nəzərdə tutur. Rusiya XİN-i qeyd edir ki, əvvəllər İsrailin Daxili İşlər Nazirliyi Qüdsün şərq hissəsində 900 ədəd yeni ev tikmək qərarında olduğunu bəyan etmişdi.

“Biz artıq dəfələrlə İsrailin işğal olunmuş ərəb torpaqlarında məskənsalma fəallığını pisləyərək Rusiyanın mövqeyini bildirmişik. Moskva bu addıma yerlərdə yeni reallıqlar formalaşdırmaq və Fələstin-İsrail arasında yekun status haqqında danışıqların nəticələrini qabaqcadan müəyyən etmək kimi baxır”, - deyə Rusiya XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, “xüsusi olaraq həyəcan yaradan fakt odur ki, İsrailin Fələstin torpaqlarını “mənimsəməsi” prosesi Yaxın Şərq vasitəçiləri “dördlüyü” və beynəlxalq ictimaiyyətin fələstinlilərlə israillilər arasında dialoqun bərpası üzrə göstərdikləri səyləri fonunda baş verir.
“Biz dünya ictimaiyyəti tərəfindən tanınan beynəlxalq hüquq prinsipləri əsasında Yaxın Şərqdə sülh prosesinin yenidən işə salınması perspektivinin saxlanması vacibliyi baxımından çıxış edərək yenidən İsraili Fələstin ərazilərində istənilən məskənsalma fəaliyyətini dayandırmağa çağırırıq”, - deyə Rusiya XİN-in məlumatında bildirilir.

ANS
Comment