0
Tuesday 1 December 2020 - 03:28

Arizona ştatı Co Baydenin qələbə qazandığını elan edib

Story Code : 900950
Arizona ştatı Co Baydenin qələbə qazandığını elan edib
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.

Bununla bağlı müvafiq sənədlər artıq ştatın dövlət katibi Keti Xobbs, həmçinin seçki komissiyasının başqa şura üzvləri tərəfindən imzalanıb.

KİV qeyd edir ki, demokrat namizəd Co Bayden ABŞ-ın hazırkı prezidenti Donald Trampı 10 min səsdən çox qabaqlayıb.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Dövlət başçısı postuna əsas iddialılar demokrat Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp olublar.

Noyabrın 7-də aparıcı Amerika mətbu orqanları - “ABC News”, “FOX News”, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb.

Dünyanın bir sıra ölkələrinin dövlət başçıları, BMT baş katibi Baydeni qələbə münasibətilə təbrik ediblər.