0
Tuesday 1 December 2020 - 03:06

Trampdan COVID-19 çağırışı - Lisenziyanı ləngitməyin

Story Code : 900952
Trampdan COVID-19 çağırışı - Lisenziyanı ləngitməyin
Teleqraf.com xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Moderna” kompaniyası təxirəsalınmaz vəziyyətlərdə vaksinin istifadəsinə icazə verilməsi üçün müraciət edib. FDA təcili reaksiya verməlidir!”, - deyə ABŞ Prezidenti bildirib.

Noyabrın 30-da “Moderna” kompaniyasının bu məsələ ilə bağlı FDA-ya müraciət edəcəyi gözlənilir. Bundan öncə Almaniyanın “BioNTech” kompaniyası ilə birgə vaksin hazırlayan ABŞ-ın “Pfizer” kompaniyası da quruma analoji müraciət etmişdi.

ABŞ-ın səhiyyə naziri Aleks Azar bildirib ki, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı peyvəndin yoxlanılması üzrə iclas dekabrın 10-da keçiriləcək. Bundan bir neçə gün sonra isə preparatın istifadəsinə icazə verilə bilər. “Moderna” kompaniyasının işinə isə bundan bir həftə sonra baxılacaq.