0
Wednesday 2 December 2020 - 11:16

Qarabağ Təbrizlə bacı şəhərlər olsunlar!

Story Code : 901195
Qarabağ Təbrizlə  bacı şəhərlər olsunlar!
Hafiz poeziyasının möcüzələrindən biri, demək olar ki, barəsində heç bir şey bilmədiyimiz bu qəzəldir. Fars diyarından kənara nadir hallarda ayaq basmış Hafizin 1500 kilometr uzaqlıqdakı Araz çayına sədaqətini ifadə etməsi necə mümkündür:
ای صبا گر بگذری بر ساحل رود ارس
بوسه زن بر خاک آن وادی و مُشکین کن نفس..
Ey Səba gər bogzəri bər sahele rude Ərəs,
Buse zən bər xake an vadi və moşkin kon nəfəs.
Ey Səba! Araz çayının sahilindən keçərsənsə,
Öp o vadinin torpağın, qoy ətirlənsin nəfəs.
Çox güman ki, Hafiz Xaqaninin təsiri altında gözlərini yumub İranın gizli cənnətini tanımaq, görmək, ətrini duymaq və öpməyini bacardı. Qacar müqavilələri ilə iki hissəyə bölünən və ana vətənindən ayrılan, rusların qurduğu son planla əvvəlkindən daha çox bizdən uzaqlaşdı bu cənnət. İndi təkfirçilərin (vəhhabi terrorçuların) bu cənnətdə yuva qurmaması üçün Allaha dua etməliyik. Görürsüz hardan hara gəlib çıxdıq?
Nə qədər xoşxəyallıqdır ki, Qarabağın sağ-salamat azad olunduğunu düşünən dostlardan biri deyir ki, indi bu İranzəminin bir parçası olmuş Qarabağ Təbrizlə bacı şəhərlər olsunlar! Necə ki, Qəzzadakı 33 günlük müharibədən sonra belə olmuşdur. Nə qəflət ki, Qarabağın - Ankara və Moskva kimi duffy bacıları olduğu halda, nəcib Təbrizə baxmadığının fərqində deyil.
İkincisi isə, son 20 ildə baş verən zəhərli etnik təbliğatların mənfi təsirlərinə görə, indi isbatlamalıyıq ki, biz Yaxın Şərqdə heç kimlə “qardaş öldürmə” davasında deyilik. Hələ qalsın şəhərlərimizin bacılaşmasına!
Son olaylarla paralel olaraq "Sobhe Təbriz" dərgisinin son sayı Dağlıq Qarabağ barəsində hazırlanıb. Ümid edirəm ki, bu sayımız oxunan anlarda əziz Dağlıq Qarabağ üçün pis bir şey yaranmasın ki, yazdığlarımız yanmış və yetişməmiş görünməsin. İnşallah Qarabağ, bu İranzəminin zərgər parçasının aqibəti xeyirli olsun! İnşallah..."
Comment