0
Wednesday 2 December 2020 - 12:25

NATO Rusiyanı savaşa təhrik edir - Bloxin

Story Code : 901209
NATO Rusiyanı savaşa təhrik edir - Bloxin
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Konstantin Bloxin deyib.

Onun sözlərinə görə, əgər bir vaxtlar Qara dəniz akvatoriyası ənənəvi olaraq Rusiyanın təsir dairəsi sayılırdısa, indi NATO onu öz nəzarəti altına almağa çalışır.

“NATO Qara dəniz akvatoriyasına öz şəxsi maraqları zonası kimi baxır. Onlar indi nümayişkaranə şəkildə bəyan edirlər ki, əvvəllər Rusiyanın təsir dairəsində olan Qara dəniz indi NATO-nun nəzarətində olacaq”, - Bloxin bildirib.

Qeyd edək ki, bir müddət öncə NATO Baş katibi Yens Stoltenberq çıxışı zamanı Qara dənizin Alyans və üzvləri üçün strateji cəhətdən vacib olduğunu demişdi.