0
Wednesday 2 December 2020 - 18:13

NATO XİN başçılarının toplantısında Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb

Story Code : 901258
NATO XİN başçılarının toplantısında Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb
APA-nın xəbərinə görə, bu barədə NATO ölkələrinin Xarici İşlər Nazirlərinin (XİN) toplantısında Türkiyəni tənqid edən ABŞ Dövlət Katibi Mayk Pompeo haqqında Türkiyənin diplomatik mənbələrindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, sözügedən toplantıda M.Çavuşoğlu M.Pampoe arasında mübahisə yaşanıb.

M.Pompeo Türkiyəni S-400 hava sistemini almaqla bağlı tənqid etdikdən sonra M.Cavuşoğlu onun bütün tənqidi ifadələrini cavablandırıb. Bildirib ki, havadan müdafiə sistemi mövzusunda müttəfiqləri Türkiyəyə dəstək vermədikləri üçün ölkəsi  S-400 almaq məcburiyyətində qalıb: “Tramp belə bu məsələdə Türkiyəyə haqq verdi”.

Suriya ilə bağlı aralarında yaranan mübahisədə isə M.Cavuşoğlu “Suriyada terror təşkilatlarını dəstəkləyirsiniz, bunu yüksək hərbi dairələriniz belə etiraf edir”, - deyə M.Pompeoya cavab verib.