QR CodeQR Code

Bayden: İran öhdəçiliklərinə qayıtsa, sanksiyaları ləğv edəcəyəm

IslamTimes , 2 Dec 2020 21:15

İslamTimes: "İran HBFP sazişindəki öhdəliklərinə qayıtsa, bu ölkəyə qarşı sanksiyalar ləğv ediləcək..."


"The New York Times" qəzeti KİV tərəfindən ABŞ-ın yeni prezidenti olaraq elan edilən Co Baydendən müsahibə alıb. Tomas Fridman Baydenə müraciətlə deyib: "Bir neçə həftə öncə CNN kanalına bildirdiyiniz İranla bağlı qərarınıza əməl edəcəksiniz? Əgər İran HBFP sazişindəki öhdəliklərinə qayıtsa, siz də bu sazişə geri dönərək, Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəksiniz?"

Bayden: "Bu bir qədər çətin olsa da, bəli, hələ İranla bağlı mövqeyimdə dəyişiklik olmayıb."

Bayden bildirib ki, əgər qarşıda sazişlə bağlı problem ortaya çıxarsa ABŞ-ın sanksiyaları geri qaytarmaq hüququ olacaq.

İddialara əsasən, yeni ABŞ hakimiyyəti İranla nüvə sazişinə geri döndükdən sonra İranın raket sənayesi ilə bağlı da danışıqlar aparmaq niyyətindədir.


Story Code: 901303

News Link :
https://www.islamtimes.org/az/news/901303/bayden-iran-öhdəçiliklərinə-qayıtsa-sanksiyaları-ləğv-edəcəyəm

Islam Times
  https://www.islamtimes.org