QR CodeQR Code

İranda alimin terror edilməsində əli olanların kimliyi təyin edilib

IslamTimes , 2 Dec 2020 22:05

İslamTimes: Kəşfiyyat Nazirliyi Şəhid Fəxrizadənin qətlində iştirak edən şəxslərin kimliyini müəyyənləşdirb


İranın dövlət sözçüsü Əli Rəbii çərşənbə günü bildirib ki, nüvə texnologiyası sahəsində böyük uğurlara imza atmış Möhsin Fəxrizadənin terror hadisəsində iştirak edənlərin kimliyi bəlli olub.

Rəbii deyib: "Kəşfiyyat Nazirliyinin təlaşları nəticəsində şəhid Fəxrizadənin terror edilməsində əli olan şəxslər müəyyənləşdirilib və bütün detallar araşdırılır. Araşdırma yekunlaşdıqda cavab tədbiri üçün hərəkətə keçiləcək!"

Rəbii əlavə edib: "Əhəmiyyətli olan budur ki, Ali Rəhbərin də qeyd etdiyi kimi, düşmən nüvə sahəsində nailiyyətlərimizə təsir göstərə bilmədi. Onlar nüvə fəaliyyətlərimizdə axsaqlıq yarada bilmədilər. Ali Rəhbərin dediyi kimi elmi inkişaf yolunda heç bir şey əsirgənilməyəcək..."


Story Code: 901310

News Link :
https://www.islamtimes.org/az/news/901310/iranda-alimin-terror-edilməsində-əli-olanların-kimliyi-təyin-edilib

Islam Times
  https://www.islamtimes.org